Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
Ölkə.Az B.Bəhrəmovun dosyesini təqdim edib.
8 aprel 1982-ci ildə anadan olub.
1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb.
2003-2005-ci illərdə Fransanın Nitsa-Sofiya Antipolis Universitetində maliyyə üzrə bakalvr təhsili , 2005-2006-cı illərdə isə həmin universitetdə maliyyə üzrə magistr dərəcəsi alıb.
İngilis, rus, türk və fransız dillərini bilir.
Evlidir, bir övladı var.
2006-2014-cü illərdə Dövlət Neft Fondunun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində treyder, baş risk təhliliçisi, baş treyder, portfel meneceri vəzifələrində çalışıb.
2014-2016-cı illərdə Fondun Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci il 1 sentyabr tarixinədək həmin departamentin direktoru vəzifəsində işləyib.
ARDNF-da icraçı direktorun müavini vəzifəsinə təyinat alanadək isə B.Bəhramov icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.
Billurə