• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İrəvanla sülh sazişi mümkündürmü? - Bəli, amma...



Son günlərdə İrəvan ən yaxın zamanlarda Bakı ilə sülh sazişinin imzalanmasını gündəmə gətirməkdədir. Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 12-də verdiyi açıqlamasında sülh sazişinin hətta yaxın bir ay ərzində imzalanma ehtimalını və buna hazır olduqlarını açıqlayıb. Ümumiyyətlə, sülh sazişinin payızadək, daha doğrusu, noyabrda Bakıda qlobal iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı keçirilcək COP29 sammitinədək imzalanması barədə fikirlər səslənməkdədir. 

İndiki şəraitdə İrəvanla Bakı arasında sülh mümkündürmü? Bəli.

Amma sülh iki mərəhələli ola bilər. Yəni birinci mərhələdə çərçivə sülh sazişi imzalana bilər və bu, istisna deyil. Təbii ki, əgər Ermənistan bu şərtlərə razı olarsa, o zaman COP29 sammitinədək çərçivə sülh sazişi imzalana bilər.

Çərçivə sülh sazişində tərəflər yekun və dayanıqlı sülhü təmin edəcək xüsusi qeydlər etmək və üzərlərinə öhdəliklər götürmək şərti ilə imzalana bilər. Çünki Bakının İrəvanla sülh sazişini imzalamaq üçün irəli sürdüyü şərtlər orada əksini tapmalıdır.  

Bakının İrəvanla yekun sülh sazişini imzalamaq üçün şərtləri aşağıdakılardır:
- Ermənistan konstitusiyasına dəyişiklik edib qonşu ölkələrə qarşı ərazi iddiası və digər məsələlərin çıxarılması;
- Sərhədlərin delimitasiyası və demarkasiyası;
- Anklavların qaytarılması;
- Azərbaycanın Naxçıvanla maneəsiz gediş-gəlişinin təmin edilməsi;
- Bakının şərtləri daxilində kommunikasiyaların açılması;
- Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasından birdəfəlik imtina edilməsi;
- ATƏT Minsk qrupundan imtina edilməsi və onların fəaliyyətinə xitam verilməsi və digər bu kimi şərtləri qəbul edilməlidir. Bunlar olmadan yekun sülhdən danışmaq tezdir. 

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.022478818893433