• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Politico": Aİ Azərbaycana müraciət edib



Avropa İttifaqı Ukrayna ərazisi ilə təbii qaz nəqli həyata keçirməsi üçün Azərbaycana müraciət edib.

Bu barədə "Politico" Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadən məlumat paylaşıb.

Bildirilib ki, Avropa rəsmiləri Azərbaycana Ukrayna ərazisindən keçən və hazırda Rusiya qazı nəql edilən kəmərlə qaz nəqli həyata keçirməsi üçün sxem təqdim edib.

“Aİ və tranzit ölkələr tərəfindən Azərbaycanla əlaqə saxlanılıb və biz bu məsələ barəsində danışırıq… Hazırda biz bu prosesə necə töhfə verə biləcəyimizə dair müxtəlif variantları nəzərdən keçiririk… Mən zaman çərçivəsi qoymaqdan çəkinərdim, amma müraciət olub və biz bunu ciddi qəbul etmişik, çünki bu, Avropanın enerji təhlükəsizliyi məsələsidir”, - Hikmət Hacıyev deyib.

Məlumata görə, təklif Kiyevlə Rusiya arasında qaz tranzitinə dair razılaşma ilin sonunda bitdikdən sonra Avropaya təbii qaz nəqlinin saxlanılması və Rusiyadan Aİ-yə qaz idxalının kəsilməsi yolu kimi nəzərdə tutulub.

Qeyd olunub ki, Aİ daha əvvəl Ukrayna ilə Rusiya arasında qaz nəqlinə dair razılaşmanın bitməsini istədiyini, başqa yerlərdən kifayət qədər enerji resursları qəbul edəcəyinə əminliyini ifadə edib.

Hikmət Hacıyev hazırda 8 Avropa İttifaqı ölkəsinin Azərbaycandan təbii qaz idxal etdiyini qeyd edib.

 

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.03929615020752