• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Atatürkün bugünədək bilinməyən imzaları yayıldı



Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün müxtəlif vaxtlarda istifadə etdiyi imzalar yayılıb.

"Ölkə.az" xəbər verir ki, imzalar ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə təqdim edilib.

Yeni yayılan imzalar onun bugünədək bilinən, simvolik olaraq istifadə olunan imzasından fərqlənir.

Qeyd olunub ki, ilkin imzada sonunda “K” hərfi aşağıdan-sağa doğru uzanıb.

Nazirliyin Arxivlər və Hərb Tarixi İdarəsi Atatürkün 1915-ci ildə Anafartalar Qrupu Komandiri, 1919-cu ildə Nümayəndələr Komitəsinin sədri olarkən, habelə, Sakarya döyüşü və Böyük Hücumdan sonra istifadə etdiyi imzaları da paylaşıb.

İmzalar arasında liderin 1928-ci ildə əlifba islahatından sonra istifadə etdiyi türkcə ilk imzası da yer alıb.

ƏN ÇOX OXUNANLAR

0.033046007156372