• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Son 5 ayda əhali ən çox bu nəqliyyat növündən istifadə edib



2024-cü ilin yanvar-may aylarında nəqliyyatçılar 802,7 milyon sərnişinə xidmət göstərib.

“Ölkə.Az”ın məlumatına görə, sərnişinlərin 87,6%-i avtomobil nəqliyyatı, 11,8%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-may aylarında 3268,8 min sərnişin daşınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,9% artım deməkdir.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 702,9 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,6% artım qeydə alınıb. 

Sərnişinlərin 95,3%-i avtobus, 4,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Ümumilikdə sərnişin dövriyyəsi isə 9,7% artıb. 

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 3,6% artaraq 95,1 milyon nəfər olub.

Könül
Ölkə.Az
 

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.032073020935059