• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şuşa Bəyannaməsi qardaşlığın uğurlu təcəssümüdür - AÇIQLAMA



"Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin ən önəmli günlərindən biridir. 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycan xalqı böyük bəlalarla üz-üzə qalmışdı. O vaxt ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi və hakimiyyət hərisliyi çox ağır nəticələrə səbəb olmuşdu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi qurtuluşun başlanğıcı oldu. Azərbaycan xalqının Ulu Öndərə olan inamı bugünkü güclü, qüdrətli Azərbaycanın varlığına yol açdı".


Bunu Ölkə.Az-a açıqlamasında deputat Şahin İsmayılov deyib.


Deputat bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanı məhvə aparan hakimiyyət nümayəndələrinin yarıtmaz fəaliyyəti nəticəsində itirilən torpaqlarımız Ulu Öndərin siyasi varisi və layiqli davamçısı tərəfindən azad edildi: "Bu fakt Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz tarixin Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərir.
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin siyasi bacarıqlarını və vətənə, millətə bağlılığını bilmək çətin deyildi. Ulu Öndərin hələ SSRİ dövründə Azərbaycan üçün etdiklərini hər kəs yaxşı bilirdi. Əgər böyük siyasətçi siyasi hakimiyyətə daha tez dəvət olunsaydı bir çox faciələr və onların ağır nəticələri ilə üzləşməzdik.  AXC-Müsavat iqtidarı hakimiyyət hərisliyinə görə bu prosesi gecikdirdi. Nəhayət ziyalıların nümayəndələri Ulu Öndərə müraciət ünvanladı və növbəti addımda müdrik Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə dəstəyini ifadə etdi. Bununla da Azərbaycanın gələcəyi üçün böyük şans yarandı. İndiki Azərbaycan Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və böyük əməyinin bəhrəsi, cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsinin nəticəsində güclənən, dünya ölkələri arasında söz sahibi olan ölkədir.


15 iyun tarixini Azərbaycan xalqı üçün xüsusiləşdirən növbəti hadisə isə Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsidir. 2021-ci il 15 iyun tarixində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bəyannamə Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj idi.
Azərbaycan və Türkiyənin birgə səylərindən açıq şəkildə görünür ki, qlobal dünyanın güc faktoru rolunda çıxış etmək əsas hədəfimizdir. Bu birlik regionda sülhün, əmin-amanlığın bərqərar olunması və qorunub saxlanılması üçün vacib amildir. Şuşa Bəyannaməsi tarixi köklərə söykənən qardaşlığın uğurla davam etdirilməsini təcəssüm edir". Müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edən bəyannamə azad Qarabağda imzalanan ilk sənəd kimi xalqımız üçün mənəvi xarakter daşıyır. Azərbaycan-Türkiyə birliyinin dünyada qardaşlıq simvoluna çevrilməsinin şahidiyik. Bu qardaşlıq regionda və qlobal dünyada birgə uğurların davamlılığını təmin edəcək.


Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.027831077575684