İsveçdə ömürlük həbsdə olan İranın keçmiş prokuror müavini Həmid Nuri azadlığa çıxıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə İranın İnsan Hüquqları üzrə Ali Şurasının katibi Kazım Qəribabadi məlumat yayıb.
O bildirib ki, Omanın vasitəçiliyi ilə İran və İsveçin aidiyyəti orqanlarının apardığı danışıqlar nəticəsində İranın keçmiş prokuror müavini Həmid Nuri həbsdən azad olunub və yaxın vaxtlarda İrana gələcək.
Qeyd edək ki, 62 yaşlı Nuri 1988-ci ildə İranda ən azı 5000 məhbusun edamında oynadığı rola görə "beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və qətl"də təqsirli bilinib. 2022-ci ilin iyulunda ona ömürlük həbs cəzası verilib.(axar.az)