• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Atəşkəs pozulur: Bakıya bu təklifi verməyə hazıram - Paşinyan



Sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün Bakıya təklif verməyə hazıram.

"Ölkə.az" xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün düşünürəm ki, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı olardı”, – deyə Paşinyan Zəngəzur bölgəsində partiyadaşları ilə görüşündə bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 13 və 14 iyunda Naxçıvan istiqamətində bir neçə dəfə atəşkəs rejimini pozub.(axar.az)

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.023550987243652