• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Onlar qadağandırsa, bu, demokratiyadır?"



Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya və Çin telekanallarının bloklanması qərarını tənqid edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Serbiya lideri İsveçrənin "Die Weltwoche" jurnalına müvafiq açıqlama verib.

A.Vuçiç qeyd edib ki, Serbiyada Ukrayna, Rusiya, Çin, eləcə də ABŞ, Britaniya, İsveçrə, Fransa, Almaniya telekanallarına baxmaq olar.

Serbiya Prezidentinin “İsveçrədə Çin və ya Rusiya kanallarına baxa bilirsinizmi?” sualına cavab olaraq jurnalist deyib ki, İsveçrədə bir telekanala (Russia Today) baxmaq olar, Almaniyada isə “bütün telekanallar qadağandır”.

Vuçiç ritorik şəkildə soruşub: "Onlar qadağandırsa, bu, demokratiyadır?"

"Demokratiyanın nə olduğunu kim müəyyənləşdirir? Bilirsiniz, mən kiçik yaşlarımda zəif rəsmlər çəkirdim. At şəkli çəksəm də, amma ata oxşamırdı. Ona görə altından "bu, atdır" yazmalı idim".

Onların da bu gün etdikləri budur. Demokratik qüvvələrin olduğunu görməyəndə deyirlər ki, bizdə demokratiya var, sizdə yoxdur”, - Vuçiç bildirib.

ƏN ÇOX OXUNANLAR

0.020454883575439