• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Çinin üç şəhəri suyun altında qaldı



Çinin şərqindəki Futszyan əyalətində uzun sürən yağışlar 9 milyona yaxın əhalisi olan Tsyuançjou və daha iki böyük şəhərdə, həmçinin 11 kənd mahalında daşqınlara səbəb olub.

Çin Mərkəzi Televiziyasının yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, 11 çay öz məcrasından çıxıb.

Daşqın zonalarında suyun səviyyəsi 3,65 m-ə çatır.

Dərc edilmiş məlumatlara görə, 179,8 min nəfər daşqınlardan zərər çəkib, 36 minə yaxın insan təxliyə edilib. Prosesə hərbçilər cəlb olunublar.

Futsyan əyalətində dəmir yolu əlaqəsi qismən dayandırılıb.

Qeyd edək ki, iyunun 9-dan etibarən Futsyanda tufan və güclü küləklə müşayiət olunan yağış yağır. Əyalət də fəlakət xəbərdarlığı elan edilib.

ƏN ÇOX OXUNANLAR

0.02147102355957