Çexiyada hərbi poliqonda baş verən partlayış nəticəsində doqquz hərbçi yaralanıb.
“Ölkə.az” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, ölkənin şərqindəki Libau hərbi poliqonunda döyüş sursatı partlayıb.
Qeyd olunub ki, hadisə ilə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.
Hadisə yerinə xilasedici helikopter göndərilib.