• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Netanyahunun oğlundan şok: İsrail ordusunu xəyanətdə ittiham etdi



İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu 7 oktyabr 2023-cü il hadisələri ilə bağlı ordunu və İsrail Daxili Təhlükəsizlik Agentliyi Şin-Beti (Şabak) xəyanətdə ittiham edib.

Ölkə.Az xəbər verir ki, Netanyahunun oğlu X (tvitter) hesabında yazıb.

Yair Netanyahu bunu İsrail Ali Məhkəməsinin "7 oktyabr uğursuzluqları" ilə bağlı istintaq araşdırmasını  iyuladək təxirə salınması ilə bağlı qərarına reaksiya verərkən yazıb.

"Nəyi gizlətməyə çalışırlar? Əgər xəyanət yoxdursa, kənar və müstəqil tərəflərin araşdırmalarından niyə qorxurlar?", - o qeyd edib.

Netanyahunun oğlu yazıb: "Oktyabrın 7-də Hərbi Hava Qüvvələri harada idi?".

İddia edib ki, Dövlət İstintaq Komitəsinə Ali Məhkəmənin hakimi rəhbərlik edir və buna görə də onlar  solçuların hərəkətlərini ört-basdır etməyə çalışırlar. 

Onu da qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu da oktyabrın 7-də baş verən hücumlara görə İsrail ordusunu və Daxili Təhlükəsizlik Agentliyi Şin-Beti “təhlükəsizlik və kəşfiyyat zəiflikləri”ndə günahlandırıb.

İsrail Baş Qərargah rəisi Herzi Halevi və yüksək rütbəli hərbçilərin hücumlarla bağlı alınan "erkən xəbərdarlıqdan" xəbərsiz olduqlarını iddia ediblər.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.085958003997803