Çin Avropada İkinci Dünya Müharibəsindən sonra ən böyük münaqişəni qızışdırır.
Ölkə.Az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda “Wilson Center” analitik mərkəzində çıxışı zamanı deyib.
Stoltenberq Pekinin Qərblə yaxşı münasibətlər saxlamağa çalışdığını da bildirib.
"Çin hər ikisinə sahib ola bilməz", - Stoltenberq qeyd edib.
O bu ölkənin Şimali Koreya və İranla da yaxın münasibətlərə malik olduğuna diqqət çəkib.
NATO-nun baş katibi bəyan edib ki, Çin “kursunu dəyişməzsə”, müttəfiqlər Pekinin fəaliyyətini “başa salmağa” hazır olmalıdırlar.
Mürtəza
Ölkə.Az