ABŞ Prezidenti Co Baydenin G7 sammitində qəribə hərəkətləri növbəti dəfə onun yaşının irəliləməsi və psixi sağlamlığı ilə bağlı suallara səbəb olub.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, məsələ ilə bağlı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer açıqlama verib. O, Baydenin sosial mediada "çaşqın" göründüyü və müzakirələrə səbəb olan videoları ilə bağlı bu sözləri deyib:
"Bu manipulyasiya edilmiş videolar pis niyyətlə hazırlanır və reallığı əks etdirmir".
Sözçü videoları "ucuz saxtakarlıqlar" kimi xarakterizə edib:
"Bu, respublikaçıların burada necə çıxılmaz vəziyyətdə olduqları barədə bilməmiz lazım olan hər şeyi sizə deyir. Prezidentin vəzifədəki fəaliyyəti , onun qanunverici orqanlardakı qələbələri, bütün ölkədə Amerika xalqı üçün nə edə biləcəyi barədə danışmaq əvəzinə, biz bu "deepfake"ləri, manipulyasiya edilmiş videoları görürük".
Karin Jan-Pyer həmçinin Baydenin Ağ Evdə keçirilən tədbirdə musiqi sədaları altında rəqs edən insanların yanında hərəkətsiz dayandığı videoya da aydınlıq gətirib:
“Prezident orada dayanıb musiqi dinləyirdi və rəqs etmirdi. Bağışlayın, rəqs etməməyin sağlamlıq problemi olduğunu bilmirdim. Ətrafındakı insanlara baxsanız, görərsiniz ki, rəqs etməyən insanlar var idi", - deyə o əlavə edib.
Billurə Yunus