• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

10 il əvvəl itkin düşən təyyarədən xəbər var



10 il əvvəl itkin düşən Malayziya təyyarəsindən xəbər var.

Ölkə.Az xarici KİV-ə istinadla xatırladır ki, Malayziyadan Çinə uçan MH370 reysi 2014-cü il martın 8-də havaya qalxdıqdan 38 dəqiqə sonra yoxa çıxıb.

Uelsin Kardiff Universitetinin tədqiqatçıları həmin günə aid Hind okeanında sualtı mikrofonlar vasitəsilə qeydə alınan 6 saniyəlik səsi aşkar ediblər. Bildirilib ki, bu səs təyyarənin qalıqlarının yerini müəyyən etməyə kömək edə bilər.

Planlaşdırılan marşrutdan çıxan və ordu radarlarına düşən təyyarənin Hind okeanının cənubuna doğru uçduğu bəzi radar qeydlərində öz əksini tapıb.

Təyyarənin 227 sərnişin və 12 ekipaj üzvü ilə Cənubi Hind okeanında qəzaya uğradığı güman edilən nöqtələrdə aparılan axtarışlar aviasiya tarixinin ən bahalı axtarış-xilasetmə əməliyyatı olub.

Billurə

ƏN ÇOX OXUNANLAR

0.022072076797485