ABŞ federal hökumətinin büdcə kəsiri 1,9 trilyon dollara çatacaq.
"Ölkə.Az" xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) 2024-cü maliyyə ili üzrə proqnozlarındaqeyd olunub.
Büdcə kəsiri ilə bağlı gözləntilər fevral ayında açıqlanan proqnozdan 400 milyard dollar çox olub.
Hesabatda qeyd olunub ki, 2024-cü maliyyə ilində ümumi federal xərclər 6,8 trilyon dollara çatacaq, gəlirlər isə 4,9 trilyon dollar olacaq.
Nəticədə, dövlət borcunun da 2023-cü ilin sonunda 26,2 trilyon dollardan 2034-cü ilin sonunda 50,7 trilyon dollara yüksələcəyi təxmin edilir.
Hesabatda ABŞ iqtisadiyyatının 2024 və 2025-ci illərdə 2023-cü ilə nisbətən daha yavaş böyüməsinin gözlənildiyi, bu il və gələn il artım tempinin 2% olacağı təxmin edildiyi bildirilib.
Könül
Ölkə.Az