Rusiya və Şimali Koreya liderləri Putinlə Kim Çen In danışıqların yekunu olaraq Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar.
Ölkə.Az xəbər verir ki, bundan əvvəl Rusiya lideri hazırlanmış sənədi fundamental adlandırıb və onun uzun illər Rusiya ilə KXDR arasında münasibətlərin əsasını təşkil edəcəyini qeyd edib.
Müqavilə iki ölkə arasında münasibətlərdə əsas sənədləri - 1961-ci il Dostluq və Qarşılıqlı Yardım Müqaviləsi, 2000-ci il Dostluq, Mehriban Qonşuluq və Əməkdaşlıq Müqaviləsi, həmçinin 2000 və 2001-ci il Moskva və Pxenyan Bəyannamələrini əvəz edir.
Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun daha əvvəl bildirdiyi kimi, yeni sənədin ortaya çıxması, dünyada və regionda geosiyasi vəziyyətin dərin təkamülü və son zamanlar ikitərəfli münasibətlərdə baş verən keyfiyyət dəyişiklikləri ilə bağlıdır. O həmçinin Şimal-Şərqi Asiya regionuna daha böyük sabitlik gətirmək niyyətindədir.
Mürtəza
Ölkə.Az