• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

AB rəsmisi Azərbaycana gəlir



Sabah Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hekstr noyabrda ölkədə keçiriləcək COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün Bakıda olacaq.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən Ölkə.az-a verilən məlumata görə, komissar Hekstr COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un təmsilçiləri ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.

Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.022510051727295