İyulda Vaşinqtonda keçiriləcək NATO sammitində əsas diqqət Ukraynanın uzunmüddətli qələbəsini möhkəmləndirməyə yönəldiləcək.
Ölkə.Az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken bəyan edib.
Onun sözlərinə görə, son həftələr ABŞ və digər müttəfiqlər Rusiyanın təcavüzünü dəf etmək, Ukraynaya dəstəyi gücləndirmək üçün səy göstəriblər: "Tərəfdaşların bilməsi vacibdir ki, Ukrayna Silahlı Qüvvələri cəbhə xəttini gücləndirmək və işğalçı qüvvələrin irəliləməsini dayandırmaq üçün lazım olan hər şeyə malikdir".
Əlavə edib ki, ABŞ Rusiyanı təcavüzü dayandırmağa məcbur etmək üçün ona sanksiya təzyiqlərini də artırır.
"Putin düşünürsə ki, Ukraynanı və ya bizdən hər hansı birini təzyiq edib sıxa bilər, yanılır. Bizim yardımımız əməli nəticələr göstərir və bu, Rusiyanın təcavüzünü dəf edə bilər. Bununla belə, biz gələcəkdə Ukraynanın uğur qazanacağına, onun üzərində möhkəm dayanacağına əmin olmaq istəyirik. İqtisadi, hərbi və demokratik aspektlərdə onun ayaqları NATO sammiti bu səylərin həyata keçirilməsinə töhfə verəcək”, - deyə Blinken yekunlaşdırıb.
Mürtəza
Ölkə.Az