Ukrayna PUA-sı Rusiyanın Tambov vilayətindəki Platonovskaya neft bazasına hücumu nəticəsində partlayış baş verib.
Ölkə.Az xəbər verir ki, bu barədə Tambov vilayətinin qubernatoru Maksim Eqorov məlumat verib.
Eqorov teleqramda yazıb ki, yanğını Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə bölmələrinin qüvvələri söndürür.
Bundan əlavə, Pervomayski bələdiyyə dairəsində havada partlayan PUA-nın qalıqları aşkar edilib.
Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Rusiyanın beş regionu - Adıgey, Krasnodar diyarı, Bryansk, Rostov, Belqorod və Oryol vilayətləri hücuma məruz qalıb. Hücum zamanı Adıgeydə neft anbarında yanğın olub, Kubanda bir qadın ölüb.
Mürtəza
Ölkə.Az