• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Pensiyalara nə qədər məbləğ əlavə olunacaq? - AÇIQLAMA



Gələn həftə Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinə təklif olunan dürüstləşmələrin qəbul olunacağı gözlənilir. Qeyd edək ki, yenidən baxılmış 2024-cü il dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 34 milyard 173 milyon manata qarşı 2 milyard 180 milyon manat artırılaraq 36 milyard 353 milyon manata çatdırılır. Xərclər isə təsdiq olunmuş 36 milyard 763 milyon manatdan 39 milyard 707 milyon manatadək artırılır.

"Ölkə.Az" xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov 2024-cü ilin dürüstləşdirilmiş büdcəsindən pensiyalara əlavə nə qədər vəsaitin ayrılması məsələsinə aydınlıq gətirib. O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ilkin təsdiq olunmuş büdcəsinə əsasən, 2024-cü ildə pensiyaların verilməsi üçün 6 milyard 525 milyon manat ödəniləcək:

"Bu ilin ilk 4 ayının yekunlarına əsaslanaraq DSMF 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektorundan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləğini dürüstləşdirilərək 3 milyard 387 milyon manatdan 3 milyard 577 milyon manata çatdırıb. Yəni, həmin fond ilkin proqnozlara nisbətən 190 milyon manat daha çox vəsait toplaya biləcək. 

Həmin vəsaitin 25 milyon manatı pensiyaların verilməsinə, 5 milyon manatı isə sözgüdən fondun saxlama xərclərinə yönəldiləcək. Bu o deməkdir ki, 190 milyon manatın 30 milyon manatı cari xərclərə yönəldiləcək və 160 milyon manat əlavə vəsait qalacaq. Nəticədə, DSMF dövlət büdcəsindən həmin 160 milyon manatı almayacaq və pensiyalara nəzərdə tutulandan 25 milyon manat daha çox vəsait ayıracaq".

"Əlavə olunan vəsait pensiyaların indeksləşdirilməsi nəticəsində yaranan xərcin ödənilməsi üçün istifadə olunacaq. Bununla da, DSMF bu il pensiyalar üçün ilkin proqnozlaşdırılandan daha çox vəsait ayıracaq", - deyə millət vəkili əlavə edib.

Könül
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.025143146514893