NATO-nun bütün 32 ölkəsi Niderlandın Baş naziri Mark Ruttenin alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ-ın “Politiko” nəşri məlumat yayıb.
Məlumata görə, yeni baş katibin rəsmi təsdiqi alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitində olacaq. Rutte 2024-cü il oktyabrın 2-dən bu vəzifədə norveçli Yens Stoltenberqi əvəzləyəcək.
NATO baş katibi üzv ölkələrin konsensusu əsasında təyin edilir. Baş katibin səlahiyyət müddəti 5 ildir.
Qeyd edək ki, Niderland mediası da Ruttenin seçiləcəyini, yeganə rəqibi Rumıniya Prezidenti Yohannisin namizədliyini geri çəkəcəyini yazmışdı.