• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Milli Məclisin buraxılması, qarşıda duran vəzifələrin düzgün qiymətləndirilməsidir"



“Yüksək səviyyəli beynəlxalq forumları, idman yarışlarını və digər tədbirləri ən yaxşı şəkildə təşkil etmək təcrübəsinə malik olan ölkəmizin bu dəfə də üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirəcəyi şübhəsizdir. Bununla yanaşı, onu da nəzərə almalıyıq ki, belə qlobal əhəmiyyətli beynəlxalq tədbirlərlə eyni vaxtda seçki kampaniyasının təşkili kifayət qədər çətin prosesdir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə təşəbbüsü mövcud reallıqları nəzərə alan, ölkəmizin qarşısında duran vəzifələrin miqyasını düzgün qiymətləndirən yanaşmanın ifadəsidir”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Soltan Məmmədov deyib.

Onun sözlərinə görə, seçkilərin vaxtının irəli çəkilməsi COP29-un təşkili ilə bağlı bütün məsələlərin uğurla həll edilməsinə imkan verəcək, eyni zamanda, belə bir yüksək səviyyəli tədbir zamanı parlamentin tam gücü ilə fəaliyyət göstərməsinə şərait yaradacaq. “Bu barədə Milli Məclislə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb. Parlament iclası COP29-un ən mühüm tədbirlərindən biridir və bu iclasa hazırlıq üçün Milli Məclisdə deputatlardan ibarət işçi qrupları yaradılmalıdır. Bundan başqa, Parlament konfransının yekun sənədinin hazırlanması da uzun və çətin bir prosesdir. Ona görə də Azərbaycan Milli Məclisinin yeni tərkibinin COP29 sessiyasına qədər formalaşması çox mühüm əhəmiyyət kəsb edir”, - o qeyd edib.

O əlavə edib ki, Azərbaycan parlamentinin üzvləri hər zaman dövlətin maraqlarını üstün tutub: “Ona görə də hesab edirəm ki, dəyərli həmkarlarım Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisə vaxtında əvvəl seçkilərin keçirilməsi barədə təşəbbüsünü dəstəkləyəcəklər”. 

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.064970016479492