Sibir Federal Universitetinin alimləri zərərverici həşəratların yayılması və yoxa çıxmasında bir qanunauyğunluq aşkar ediblər. Məlum olub ki, onlar "nənə" nəslindən asılıdır. Onların sayı çox olarsa, onda "nəvə” həşəratlar da çox olacaq. Ancaq "valideyn" həşəratlar çoxdursa, onda "nəvələr" az olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Qazeta.Ru-ya Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyindən məlumat verilib.
Bu, həşəratların çox yaşamaması və "valideynlər"in qida ehtiyatları üçün birbaşa "nəvələri" ilə rəqabət aparması ilə bağlıdır. Ancaq "nəvələr" həşəratlar "nənələri" ilə yemək üstündə döyüşmək məcburiyyətində deyillər. Bu qayda epidemiyaların təbiətini və qanunauyğunluğunu anlamağa kömək edir. Ancaq hava faktorları epidemiyalara təsir göstərmir.
Meşə həşəratlarının kütləvi çoxalması az öyrənilmiş bir hadisədir. Elm adamları epidemiyanın nə vaxt və harada başlayacağını və ya niyə başladığını bilmirlər. Alimlər yalnız mövcud epidemiyaları qeyd edə və qısa (3-4 il) vaxt intervalında zərərvericini müşahidə edə bilərlər.
46 ildir ki, Sibir Federal Universitetinin alimləri Krasnoyarsk diyarının cənubundakı meşələrdən istifadə edərək, Sibir ipək qurdu, şam güvəsi, yaşılımtıl gilpiniya və s.-in necə çoxalmasını araşdırıblar. Məlum olub ki, hava faktorları bu cür epidemiyaların dinamikasına faktiki olaraq heç bir təsir göstərmir.
Əldə edilmiş məlumatlar əsasında alimlər növlərin populyasiya dinamikasının riyazi modellərini işləyib hazırlayıblar. Onlar sonrakı kütləvi epidemiyaların proqnozlaşdırılmasına kömək edəcək və qlobal karbon balansının qorunmasında mühüm rol oynayan Sibir meşələrini qorumaq üçün fəal tədbirlər görəcəklər.