• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

KTMT "Taliban"la əməkdaşlıq edəcək



Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) antiterror tədbirləri çərçivəsində "Taliban"la münasibətləri inkişaf etdirmək istəyir.

Bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları dair mətbuat konfransında deyib.

Rusiya XİN başçısı vurğulayıb ki, "Taliban" Əfqanıstanda hələ də döyüşmək iqtidarında olan "Əl-Qaidə" təşkilatının və ona bağlı silahlı qruplara qarşı mübarizə aparır və bu işdə onlara kömək etmək prinsipial əhəmiyyət kəsb edir.

"KTMT Taliban ilə konkret layihələrin həyata keçirilməsinə yönəlmiş daha dayanıqlı, daimi, substantiv dialoqun qurulmasının tərəfdarıdır", - deyə S.Lavrov əlavə edib.

ƏN ÇOX OXUNANLAR

0.024585008621216