ABŞ və İranın terror təşkilatı PKK-yə PUA və raketlər göndərməsi, Ankaranın səbrini tükəndirdi. Ankara bundan sonra terror təşkilatına göndəriləcək silahlara səssiz qalmayacaq.
Ölkə.Az "yenişafaq"a istinadən xəbər verir ki, ABŞ terror təşkilatı PKK-nin Suriya qolu olan YPG-yə iki ədəd hava hücumundan müdafiə sistemi verib.
Nəşrin yazdığına görə, ABŞ son 2 ayda terror təşkilatı PKK-yə çoxlu silah-sursat göndərməsi üzə çıxıb və bu silah-sursat daşımaları KYB ilə əməkdaşlıq nəticəsində həyata keçirib.
Əldə edilən məlumatlara görə, Süleymaniyyədəki hava limanına İran kamikadze PUA-lar, Almaniya isə bəzi texniki hissələri göndərib və təşkilat üçün təlimlərin hava limanında keçirildiyi müəyyən edilib.
"Yeni Şafak"ın yazdığına görə, terrorçulara silah-sursat mülki təyyarə ilə Süleymaniyyə hava limanına göndərilib.
Ankara artıq terror təşkilatına göndərilən silahlara biganə qalmayacaq. PKK/YPG-yə silah daxil olmaqla hər hansı yükü aşkar edərsə, o zaman bunun qarşısını almaq üçün müdaxilə edəcək və lazım gələrsə, ən sərt cavab kimi, həmin silah- sursat hava zərbələri ilə məhv ediləcək. Bununla bağlı Türkiyə Silahlı Qüvvələrinə göstəriş də verilib.
Mürtəza
Ölkə.Az