Həcc ziyarəti zamanı ölən mindən çox şəxsdən 49-u tunisli olub.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, müqəddəs torpaqlarda 49 tunislinin həlak olması bu ölkədə tənqidlərə səbəb olub.
Bundan sonra Tunis Prezidenti Kays Səid Dini İşlər Naziri İbrahim Şabini vəzifəsindən azad edib.
Qeyd edək ki, temperaturun 50 dərəcəni keçdiyi müqəddəs torpaqlarda Həcc ziyarəti zamanı 11 ölkədən ən azı 1081 zəvvar həyatını itirib. Hər il on minlərlə insan rəsmi qeydiyyatdan keçmədən Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpağa gedir. Qeydiyyatı olmayan zəvvarlar kondisionerli ərazilərə daxil ola bilmədiklərindən güclü istilərə məruz qalırlar.
Billurə Yunus