• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Üç ayda iki irimiqyaslı terror aktı: Vladimir Putinin reputasiyası sarsılır - CNN



Rusiya Federasiyasında üç ay ərzində baş verən iki irimiqyaslı terror aktından sonra Vladimir Putinin nəhəng ölkədə nizam-intizamı təmin etməyə qadir lider kimi reputasiyası sarsılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN yazır.

Nəşr qeyd edir ki, zorakılığın artması etnik gərginliyin yenidən canlandığı bir vaxta təsadüf edir və bu, həm Putinin Ukraynaya qarşı müharibəsinin davam etdiyi bir vaxtda Rusiyanın hərbi sıralarını gücləndirmək istəyi, həm də Yaxın Şərqdə davam edən münaqişə ilə bağlıdır.

Rusiya hakimiyyəti xaotik toqquşmalarda ən azı 20 nəfərin yaralandığını, 60 nəfərin saxlanıldığını bildirib. Sosial mediada yayılan bir neçə videoda hava limanında və uçuş-enmə zolağında izdihamlı insanların bəzilərinin Fələstin bayrağını dalğalandırdığı, digərlərinin isə beynəlxalq terminalın bağlı qapılarını itələdiyi əks olunub.

Moskva media bürosunun keçmiş rəhbəri Cill Doqerti bazar günü Dağıstanda baş verən hücumlara cavab olaraq bildirib ki, "məzhəblərarası zorakılıq Rusiya lideri Putini həddindən artıq narahat edir”.

Qeyd edək ki, bir gün əvvəl Rusiyanın Dağıstan Respublikasında atışma nəticəsində öldürülən yaraqlıların və polislərin sayı açıqlanıb. Rusiya mətbuatının məlumatına görə, altı silahlı və 15-dən çox polis əməkdaşı öldürülüb.

UNİAN-ın məlumatına görə, bir gün əvvəl Dağıstanda terrorçularla polis arasında küçə döyüşləri baş verib. Xüsusilə, Mahaçqalada naməlum şəxslər sinaqoqda pulemyotlardan atəş açıb, daha sonra polislə atışmaya başlayıblar. Sinaqoqda yanğın olub. Bundan əlavə, iki pravoslav kilsəsinin də hücuma məruz qaldığı bildirilib. İlkin məlumatlara görə, 5 qurban, 23 yaralı var.

 

ƏN ÇOX OXUNANLAR

0.021927833557129