“Quba Nəqliyyat” Açıq Tipli Səhmdar Cəmiyyəti (ATSC) fəaliyyətini bərpa edir.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
Avqustun 10-da Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının keçirilməsi planlaşdırılıb.
Yığıncaqda şirkətin İdarə Heyətinin və Müşahidə Şurasının tərkibi müəyyənləşəcək.
Qeyd edək ki, “Quba Nəqliyyat” mətbuatda adı qalmaqallarla hallandırılan şirkət kimi yadda qalıb. Bir müddət əvvəl şirkətin vergi borcu yarandığına görə əmlakı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca çıxarılıb. Amma ötən il şirkət qərar üzrə vergi borcunun tam ödəməsi və verilmiş sifarişin icrasının dayandırılması ilə bağlı müraciəti əsasında ona məxsus əmlakın hərracı dayandırılıb.