Ötən gecə İrəvanda təşvişli anlar yaşanıb. Vyana-İrəvan, Antalya-İrəvan, Roma-İrəvan, Soçi-İrəvan, Riqa-İrəvan reyslərinin “Zvartnots” hava limanına eniş edə bilməməsi səbəbindən havada dövrə vuran təyyərələr insanların yuxusuna haram qatıb.
Ölkə.Az xəbər verir ki, təyyarələrin eniş edə bilməməsinin səbəbini bilməyən bir çox turizm şirkətləri, vətəndaşlar və media nümayəndələri "Flightradar" saytını saatlarla izləməli olublar.
Verilən xəbər görə, Soçi-İrəvan reysi isə məcburiyyət qarşısında qonşu Gürcüstanda Tbilisi hava limanına eniş edib.
Təyyarələr uzun zaman keçdikdən sonra hava limanına eniş edə bilib.
“Zvartnots” hava limanı təyyarələrin gecə vaxtı yerə enə bilməməsinin səbəbini əlverişsiz hava şəraiti ilə izah edib.
“Səbəb əlverişsiz hava şəraiti, güclü külək olub. Başqa səbəb yoxdur”, - “Zvartnots” hava limanının mətbuat katibi Lusine Qukasyan mətuata açıqlamasında bildirib.
Mürtəza
Ölkə.Az