• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şimali Koreya Ukraynaya qoşun yeridcək? (ŞƏRH)



"Şimali Koreya bu məsələdə Moskvaya dəstək verəcək". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ Müdafiə Nazirliyinin Şimali Koreya qoşunlarının Ukraynadakı müharibədə mümkün iştirakı ehtimalını şərh edərkən deyib.

"Dünya çox təhlükəli dövrə qədəm qoyub. Əvvəllər nüvə silahı dünya müharibələrinin qarşısını almaq üçün çəkindirici vasitə idisə, təəssüf ki, hazırda qlobal güclər arasında taktiki nüvə silahlarının tətbiqi perspektivi də istisna edilmir. Vladimir Putinin Şimali Koreyaya səfərini, Çin və İranla təmaslarını tərəfdaş, müttəfiq axtarmaq kimi də dəyərləndirmək olar", deyə Üzeyir Şəfiyev bildirib.


 
Ekspert qeyd edib ki, Rusiya canlı qüvvə baxımından Ukraynada böyük itkilərə məruz qalır:

"Belə vəziyyətdə Rusiyanın Şimali Koreya kimi ölkələrdən Ukraynada vuruşmaq üçün qüvvə cəlb etmək düşüncəsində olduğu da istisna edilmir. Putin anlayır ki, Ukrayna müharibəsində ən yaxşı halda onu və ölkəsini ancaq "pirr qələbəsi" gözləyə bilər. O, məğlub olacağı təqdirdə Rusiyanı böyük fəlakətin gözlədiyinin də fərqindədir. Ona görə də Putin çalışır ki, anti-Qərb, anti-ABŞ koalisiyasını gücləndirsin. Çatışmayan hərbi resurslarını da Şimali Koreya, İran və Çin kimi dövlətlərin hesabına doldurmaq istəyir. Belə vəziyyətdə çoxsaylı itkisini məhz Şimali Koreya kimi ölkələr hesabına təmin etməyə çalışması da istisna deyil. Pxenyanın isə buna gedib-getməyəcəyi hələlik bəlli deyil. Amma ehtimal var ki, Şimali Koreya bu məsələdə Moskvaya hansısa bir səviyyədə dəstək versin. Təəssüflər olsun ki, proses bu şəkildə gedir. Lakin onun bu avantüraya getməsi Şimali Koreya üçün heç də yaxşı gələcək vəd etmir".
 
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi Şimali Koreya qoşunlarının Ukraynadakı müharibədə mümkün iştirakına görə Rusiyanın hərəkətlərini izləyəcək. Bunu Pentaqonun sözçüsü general Patrik Rayder deyib. 

Onun sözlərinə görə, bu, mütləq diqqət yetirilməli bir məsələdir. Amerikalı general Şimali Koreyaya Rusiya ordusunun Ukraynada ağır itkilərini xatırladıb. Eyni zamanda, Rayder ABŞ-nin buna nəzarət edəcəyini vurğulayıb. 

ƏN ÇOX OXUNANLAR

0.022451877593994