• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakı İrəvanın səhvini gözləyir, cavab ağır olacaq - Ovanesyan



Əgər Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın Qarabağı almasından danışarkən 2020-ci il noyabrın 10-dan əvvəlki vəziyyəti nəzərdə tuturdusa, deməli, 2019-2020-ci illərdə danışıqların ləğv olunduğunu elan edən və danışıqlara başlayan Rusiya olmayıb. 

Ölkə.Az xəbər verir ki, bunu erməni siyasi ekspert Vahe Ovanesyan deyib.

Onun sözlərinə görə, Xankəndidə “Qarabağ Ermənistandır, nöqtə” deyən Rusiya deyildi, danışıqları dalana dirəyən də Rusiya deyildi.

O əlavə edib ki, Ermənistan Rusiya ilə dialoqdan çox, danışıqları dondurmaq yolunu seçib.

"10 noyabr bəyanatı arzulanan sənəd olmasa da, sərsəm müharibənin bitməsindən sonra irəli getmək imkanı verirdi. Sənəddə həm imkanlar, həm də risklər mövcud idi”, - o qeyd edib.

Ekspertin fikrincə, Ermənistan uğursuzluğa düçar oldu və Azərbaycan bu sənədin verdiyi imkanlardan tam istifadə etdi.

Bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin heç biri Qarabağın iki gün ərzində boşaldıla biləcəyini ağlına belə gətirə bilməzdi: "Amma Ermənistanın indiki hakimiyyəti dövründə bu, bir sıra səhvlər nəticəsində mümkün olub”, - ekspert vurğulayıb.

Eyni zamanda əlavə edib ki, Bakı isə İrəvandan fərqli olaraq Moskva ilə sıx təmaslar qurmaqdadır: 
"Əliyev Rusiya ilə münasibətləri dərinləşdirir, çünki o, Ermənistana qarşı iddialarının Rusiya və qismən də İranın sayəsində neytrallaşdırıla biləcəyini çox yaxşı bilir”, - Ovanesyan  qeyd edib.

Onun fikrincə, Azərbaycan öz strateji məqsədlərinə çatmaq üçün Ermənistanın 1-2 ciddi və kobud səhvini gözləyir:

“Biz bu səhvləri etməyə daha yaxınıq və bu, Rusiya və İranın Ermənistana qarşı təcavüzü artıq qırmızı xətt hesab edə bilməyəcəyi vəziyyətə gətirib çıxara bilər.

Bu, Ermənistanın regiona bu ölkələrə düşmən olan oyunçuları dəvət etməkdə davam edəcəyi təqdirdə baş verə bilər. Beləliklə, Ermənistanın kiçik ərazisi iki böyük mərkəzin döyüş meydanına çevrilə bilər".

Ekspert COP29 sammitindən sonra bölgədə hərbi əməliyyatların olmasını da istisna etməyib.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.031802177429199