• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiyadan 10 min miqrant Ukrayna ilə müharibəyə göndərilib - Bastrıkin



Rusiya vətəndaşlığını qəbul etmiş 10 minə yaxın miqrant Ukrayna ilə müharibənin iştirakçısı olub. 

Ölkə.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib.

“Biz miqrantların yavaş-yavaş Rusiyanı tərk etməyə başlamasına səbəb olan hiylə tapdıq. Biz ona görə də  Konstitusiyanın və qanunlarımızın vətəndaşlıq qəbul etmiş şəxslərin hərbi qeydiyyatdan keçməli olduğunu və lazım gələrsə, xüsusi hərbi əməliyyatda iştirak etmələri ilə bağlı müddəalarını həyata keçirməyə başladıq”, – Bastrıkin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda bildirib. 

Onun sözlərinə görə, müstəntiqlər artıq vətəndaşlıq qəbul edən, lakin hərbi qeydiyyatdan keçmək istəməyən 30 mindən çox insanı yaxalayıb və qeydiyyata alıb.

"Onlardan 10 minə yaxını artıq xüsusi hərbi əməliyyat zonasına göndərilib", - Bastrıkin bildirib.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.019273996353149