• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bastrıkin miqrantlarla bağlı yeni hiyləsini açıqladı



“Bilirsiniz ki, biz miqrantların Rusiyanı yavaş-yavaş tərk etməyə başlamasına səbəb olan bir hiylə tapdıq”.

“Ölkə.az” xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda deyib.

Onun sözlərinə görə, Rusiya vətəndaşlığını ala bilmiş 10 minə yaxın miqrant ordu sıralarına qatılıb.

“Konstitusiyanın və qanunlarımızın vətəndaşlıq alan şəxslərin qeydiyyatdan keçməli olduğu müddəalarını həyata keçirməyə başladıq”.

Onun qeyd edib ki, hərbi qeydiyyatı onun idarəsinin müstəntiqləri həyata keçirir:

“Vətəndaşlıq almış, lakin hərbi qeydiyyatdan keçmək istəməyən 30 mindən çox insan saxlanılıb”.

Qeyd edək ki, 2011-ci ildən İstintaq Komitəsinə rəhbərlik edən Bastrıkin dəfələrlə miqrantlara qarşı çıxışlar edib və immiqrasiya qanunvericiliyinin sərtləşdirilməsini dəstəkləyib.(qafqazinfo)

ƏN ÇOX OXUNANLAR

0.021209955215454