• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

BMT qətnamə qəbul etdi: Husilərin hücumları araşdırılacaq



BMT Təhlükəsizlik Şurasında Yəmənin husi qiyamçılarının Qırmızı dənizdə gəmilərə hücumlarının araşdırılmasını tələb edən qətnamə layihəsi qəbul olunub.

"Ölkə.az" xəbər verir ki, qanun layihəsi 12 lehinə və 3 bitərəf səslə qəbul edilib.

Qətnamədə BMT Baş katibindən 2025-ci il yanvarın 15-dək Qırmızı dənizdə husi hücumları barədə məlumat verməyə davam etməsi tələb olunur. Baş katibin hesabatı 2024-cü il iyulun 1-də başa çatmalı idi.

Qeyd edək ki, Yəmənin husi qiyamçıları dekabr ayından Qırmızı dənizdə gəmilərə hücum edir. Onların fikrincə, bu hücumlar fələstinlilərlə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır. Üsyançılar İsrail Qəzza zolağında döyüşləri dayandırana qədər hücumları davam etdirəcəkləri ilə hədələyirlər.(Report)

ƏN ÇOX OXUNANLAR

0.022116899490356