• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ukraynada Prezident Ofisi rəhbərinin keçmiş müavini saxlanılıb?



Ukrayna Milli Antikorrupsiya Bürosunun (UMAB) əməkdaşlarının Prezident Ofisi rəhbərinin keçmiş müavini Kirill Timoşenkonu saxladıqları ilə bağlı iddia irəli sürülüb.

Sosial şəbəkələrdə maskalı silahlı şəxslərin keçmiş məmura məxsus olduğu iddia edilən avtomobilin qapılarını açdıqlarını əks etdirən görüntülər paylaşılıb.

Məlumata görə, Timoşenko UMAB-dan məlumatların sızması ilə bağlı cinayət işi ilə əlaqədar axtarışa verilib.

UMAB-dan bildirilib ki, K.Timoşenko saxlanılmayıb və istintaq hərəkətləri davam edir.

Xatırladaq ki, mayın 23-də UMAB mümkün məlumat sızması ilə bağlı daxili araşdırma apardığını elan edib. Bildirilib ki, söhbət Kirill Timoşenkoya yaxın şəxs sayılan müttəhimlərdən birinin maraqları naminə ibtidai istintaqın məlumat departamentinin nümayəndələrinin açıqlamasından gedir.

Timoşenko 2023-cü ilin yanvarında vəzifəsindən azad edilib. 2024-cü il martın 1-də o, Ukrayna müdafiə naziri Rustem Umerovun media və kommunikasiyalar üzrə məsul müşaviri olub.(oxu.az)

ƏN ÇOX OXUNANLAR

0.02159595489502