• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu ölkədə nazir cadugərlikdə ittiham olunaraq HƏBS EDİLDİ - FOTO



Maldiv adaları polisi ölkənin Ətraf mühit və energetika naziri Fathimat Shamnaz Ali Saleem və onun iki ortağını həbs edib.

Sfera.az bildirir ki, nazir cadugərlikdə şübhəli bilinir. 


Polis hələlik ittihamla bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.


Nazirin prezident Mohamed Muizzə qarşı "qara sehr"dən istifadə etməkdə şübhəli bilindiyi iddia edilir. Təqsirləndirilən şəxs hazırda həbsdədir və istintaqın tamamlanmasını gözləyir.


Qeyd edək ki, Maldiv adalarının cinayət məcəlləsinə görə, cadugərlik cinayət sayılmır. Yerli əhalinin əksəriyyəti isə müsəlmandır və İslamda bunun cəzası altı ay həbsdir.

İslamda haram olmasına baxmayaraq, bu cür əməllər Maldiv adası insanlarına daha yüksək güclərin rəğbətini qazanmaq, yaxud rəqiblərini və düşmənlərini "lənətləmək" üçün ənənəvi ayinləri geniş şəkildə tətbiq etməyə mane olmur.

Onu da qeyd edək ki, Fathimat Shamnaz Ali Salimin mövqeyi Maldiv adaları üçün son dərəcə vacibdir, çünki ölkə iqlim böhranının ön cəbhəsindədir. BMT-nin ətraf mühit üzrə ekspertləri xəbərdarlıq edir ki, dəniz səviyyəsinin qalxması bu əsrin sonuna qədər ölkəni demək olar ki, yaşayış üçün yararsız hala sala bilər.

Son vaxtlar isə cadu və qara əməllərlə bağlı xəbərlər getdikcə tez-tez yayılmağa başlayıb. Xüsusilə də, 2023-cü ilin aprelində Manadhoo adasında üç qonşu 62 yaşlı qadını cadugərlikdə ittiham edərək bıçaqlayaraq öldürüblər.

İslam ölkələrindən başqa Avropanın mərkəzi, xüsusilə mədəniyyət beşiyi hesab edilən Fransada da “cadu” ilə bağlı xəbərlər gündəmə gəlməkdədir. 

Ötən ay Fransada şəhər meri falçı ilə münasibətə görə dəmir barmaqlıqlar arxasına atılıb. 

Fransanın Aralıq dənizi sahilində yerləşən Agde şəhəri bələdiyyə sədri Gilles d'Ettore və falçı Sofiya Martinesə qarşı korrupsiya və mənimsəmə ittihamları irəli sürülüb.

Prokurorların dediyinə görə, dörd il ərzində ölülərlə danışa biləcəyini iddia edən Martinez səsini digər dünyadan, o cümlədən mərhum atasından mesaj kimi ötürərək siyasətçini manipulyasiya edib.

İddia olunur ki, bu ruhani sekantların təsiri ilə bələdiyyə sədri falçı ailəsinin bir neçə üzvünü işə götürüb, onun evinin təmiri və Polineziya və Tailandda dəbdəbəli istirahətlərinin pulunu dövlət hesabına ödəyib. Bu azmış kimi, yerli sahibkarlar bələdiyyə sədri ilə müqavilələrini itirmək qorxusundan işlərin bir hissəsini pulsuz yerinə yetiriblər.
Bəzi yerli sakinlər qalmaqalda seksual çalar görüb, digərləri isə şəhər rəhbərini dövlət vəsaitlərini israf etməkdə ittiham edir.

İndi şahidlərə təzyiqlərin qarşısını almaq üçün bələdiyyə sədri və falçı həbsdədir. Digər məhkumlar Martinezə hücum etdiyinə görə, o ayrı kameraya köçürülüb.

ƏN ÇOX OXUNANLAR

0.028243064880371