Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ-nin yeni dünyanın mərkəzlərindən birinə çevrilə biləcəyini etiraf edib.
"Ölkə.az" xəbər verir ki, Lavrov Moskvanın Qərb dövlətlərindən yalnız bir istəyi olduğunu bildirib.
XİN rəhbəri rəsmi Moskvanın Qərb ölkələrindən təhdidlər görmək istəmədiyini vurğulayıb.
“Avrasiyanın qərb ucunda yerləşən qonşularımız formalaşmaqda olan çoxqütblü dünya nizamının mərkəzlərindən birinə çevrilə bilərlər. Nə vaxtsa onlar özlərinə gələcək və Vaşinqtonun diktəsi ilə tutduqları kursun tam dalana dirəndiyini və özləri üçün qeyri-məhsuldar olduğunu anlayacaqlar”, - Lavrov bildirib.