• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bayden bu halda prezidentlik yarışını tərk edəcək



Amerika lideri Cozef Bayden ən yaxın qohumları və dostları zəruri hesab etsə, prezidentlik yarışını tərk edəcək.

“Ölkə.az” xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, dövlət başçısının yaxın çevrəsinin belə bir addım atması çətin ki şok və gözlənilməz effekti yaratsın.

Prezidentin qərarlarına təsir edən ona yaxın şəxslər arasında portal birinci xanım Cil Baydeni, onun kiçik bacısı Valeri Baydeni, dostu və məsləhətçisi Ted Kaufmanı və Ağ Evin kiçik bir qrup köməkçisini vurğulayır.

“Axios” qeyd edib ki, adları çəkilən “ağsaqqallar şurası” onilliklər ərzində formalaşıb, Baydenin həyatında və prezidentliyində bütün böyük və kiçik qərarlara ciddi təsir edib.

Məqalədə qeyd edilib ki, Baydenin müttəfiqləri bütün mümkün ssenariləri təhlil ediblər və dövlət başçısı prezidentlik yarışından geri çəkiləcəyi təqdirdə vitse-prezident Kamala Harrisdən başqa heç kimin Demokratlardan namizəd olmaq şansını çox az görüblər.

Bununla belə, prezidentə yaxın olanlar əmindirlər ki, onun Ağ Evin keçmiş rəhbəri respublikaçı Donald Trampı məğlub etmək şansı Harrisdən qat-qat çoxdur.

Qeyd edək ki, bundan əvvəl “Bloomberg” məlumat yayıb ki, Demokrat Partiyasının donorları ABŞ prezidenti Cozef Baydenin debatdakı çıxışından sonra namizədin əvəzlənməsinin lazım olduğu qənaətinə gəliblər.

ƏN ÇOX OXUNANLAR

0.028123140335083