• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Atam da türkdür, anam da. Türk olmağımla fəxr edirəm - Pezeşkian



İran prezidentliyinə əsas namizəd, Güney azərbaycanlı Məsud Pezeşkianın sosial şəbəkələrdə yayılan müsahibəsi maraqla qarşılanıb.

Müsahibə bir müddət əvvəl alınsa da, seçkilər ərəfəsində gündəmə gəlib.

Pezeşkian jurnalistin "Siz türksünüz yoxsa, kürd?" sualına belə cavab verib: "Mən Azərbaycanda, Məhabadda dünyaya gəlmişəm. Evdə uşaqlarıma əvvəldən fars dilində danışmağa icazə verməmişəm. Əvvəldən türk dilində danışmışıq. Qətiyyətlə demişəm, mən türkəm. Atam da türkdür, anam da. Türk olmağımla fəxr edirəm".

Xatırladaq ki, İranda keçirilən prezident seçkilərinin birinci turuna Məsud Pezeşkian liderlik edib. Namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün iyulun 5-də ikinci tur baş tutacaq. İkinci turda İranın Ali liderinin respublikanın Milli Təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparacaq.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.069230079650879