Ermənistanda iyunda inflyasiya (2023-cü ilin iyun ayı ilə müqayisədə) 0,8 % təşkil edib.
“Ölkə.az” xəbər verir ki, bu barədə respublikanın Statistika Komitəsi məlumat yayıb. Qeyd edilir ki, bir ildə inflyasiya əhəmiyyətli dərəcədə artıb.
Ümumi qiymət indeksi əsasən benzin (25,7 faiz) və dizel yanacağı (16,5 faiz) hesabına artıb. Bu, onların Rusiyada (neft məhsullarının əsas hissəsinin Ermənistana gəldiyi ölkədən) bahalaşması ilə bağlı baş verib. Ümumi inflyasiya səviyyəsinin demək olar, yarısını (0,397 %) bu məhsullar təşkil edib.
Qeyd edək ki, ölkə daxilində neft məhsullarının qıtlığı ilə bağlı narahatlıqlara görə, Rusiya hökuməti mart ayından mayın sonuna kimi benzinin xaricə (Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri istisna olmaqla) ixracına qadağa qoyub. Sonra bu məhdudiyyət aradan qaldırılıb və indi benzin azı avqust ayına qədər ixrac edilə bilər. Belə ki, daxili bazarda benzinin həcmi azalır və tələbdən geri qalır ki, bu da qiymətləri artırır.
Ərzaq inflyasiyası həm ümumi (-0,7 %), həm də ayrı-ayrılıqda demək olar, bütün növ məhsullar üzrə mənfi olaraq qalıb: çörək və dənli bitkilər (-1,8 %), ət (-2,5 %), süd məhsulları və yumurta (-0,4 %), şəkər (-0,4 %) -0,9 %, kərə yağı və günəbaxan yağı (-9,8 %).
Onu da əlavə edək ki, bu malların əhəmiyyətli hissəsi xaricdən gətirilir (unun böyük hissəsi, toyuq ətinin üçdə ikisi, mal və donuz ətinin bir hissəsi, yağın böyük hissəsi, bütün günəbaxan yağı və şəkər).
Meyvə-tərəvəzlərə gəlincə, bu yay onların qiyməti bir il əvvəlkindən bahadır. Spirtli içkilər və siqaret isə ümumiyyətlə ilin əvvəlində bahalaşır (onlara aksiz vergisi artdıqda, Aİİ-nin digər ölkələri ilə razılaşdırılmış qrafikə əsasən). İlin qalan dövründə onların qiymətləri ciddi dəyişməyib.