• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Zelenskidən atəşkəs mesajı: Ağıllı olmalıyıq, onları tapmaq çətin olacaq



Ukrayna Putinin atəşkəs üçün vədinə etibar edə bilməz, çünki o, qatil və təcavüzkardır. 

Ölkə.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Bloomberg"ə müsahibəsində deyib. 

“Müharibədə biz sadəcə atəşkəs haqqında danışa bilmərik. Mənə də bizim xalq üçün konkret plan lazımdır”, - o bildirib.

Prezident xatırladıb ki, Minsk razılaşmaları çərçivəsində Ukrayna ilə Rusiya arasında atəşkəs haqqında razılığa gəldilər və Rusiya bütün bunları pozub, insanları öldürüb. "Atəşkəsə gəlincə, ortada çox aydın plan lazımdır. Biz başa düşməliyik ki, Rusiya atəşkəs rejimindən istifadə edərək işğal etdikləri ərazimizə texnika yığmayacaq.

Yəni mən dövlətim üçün problem istəmirəm. Bu gün Rusiyaya üstünlük vermək sadəcə qeyri-mümkündür. Ağıllı olmalıyıq. Bunu bilmək vacibdir ki, canını qurban verən ukraynalılardan başqa kim buna məsuliyyət daşıyacaq. Atəşkəs haqqında razılaşmaq çox asandır və onu saxlamaq çox çətindir. Atəşkəsin niyə pozulduğuna cavab verməli olanları sonra tapmaq çox çətin olacaq”, - Zelenski vurğulayıb.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.031054973602295