Avstraliyanın şimalında timsah 12 yaşlı qıza hücum edib - 36 saatdan sonra xilasedicilər onun qalıqlarını ancaq çay yatağında tapa biliblər.
Lent.az-ın xarici mediaya istinadən məlumaına görə, faciə Darvindən təxminən 350 kilometr cənub-qərbdə yerləşən Nqanmarriyanqa aborigen icmasının yaxınlığında baş verib. Qız orada ailəsi ilə birlikdə istirahət edirmiş.
Polis sözçüsü Erika Qibson bildirib ki, uşağın valideynləri hələ də şokdadırlar və baş verənlərə inana bilmirlər.
Avstraliyanın bu bölgəsi, ekspertlərin qeyd etdiyi kimi, şirin su timsahlarının evidir - onlar adətən insanlara yalnız təhlükə hiss etdikdə hücum edirlər.
Avstraliya hökumətinin məlumatına görə, ölkənin şimalında 100 mindən çox timsah yaşayır. Avstraliyada ildə orta hesabla iki ölümcül timsah hücumu olur.