Putinin dayandıran, NATO-nu genişləndirib birləşdirən adam mənəm.
Ölkə.Az xəbər verir ki, bunu ABŞ-ın hazırkı prezidenti və ikinci müddətdə prezidentliyə namizəd Co Bayden ABC News telekanalına müsahibəsində bildirib.
“NATO-nu genişləndirən, bir araya gətirən oğlan (adam) mən oldum. Heç kim onu genişləndirə biləcəyimi düşünmürdü. Putini dayandıran adam da mənəm. Heç kim bunun baş verə biləcəyinə inanmırdı”, - Bayden bildirib.
Mürtəza
Ölkə.Az