HƏMAS və Misir nümayəndələri ABŞ Prezidenti Co Baydenin elan etdiyi mərhələli atəşkəs haqqında razılaşmanın ilkin təsdiqini bəyan ediblər.
"Ölkə.az" xəbər verir ki, Vaşinqton formuluna əsasən mərhələli razılaşma altı həftəlik tam atəşkəsdən ibarət olacaq. Bu, həbsdə olan bir neçə yüz fələstinlinin müqabilində bir sıra girovların azad edilməsinə imkan verəcək.
Bundan əlavə, birinci mərhələdə İsrail Silahlı Qüvvələri Qəzza zolağındakı sıx məskunlaşmış ərazilərdən qoşunlarını çıxarmalı, eləcə də cənuba köçənlərin öz evlərinə qayıtmasına şərait yaratmalı olacaq.
HƏMAS və İsrail nümayəndələrinin altı həftəlik müddət ərzində razılaşmanın ikinci mərhələsinin şərtləri ilə bağlı danışıqları davam etdirəcəkləri gözlənilir.