Ermənistanın Ararat vilayətinin Avşar kəndində sakinlər arasında kütləvi dava silahlı insidentlə nəticələnib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd edilir ki, 18 yaşlı Karen K. ilə 27 yaşlı Lüdviq M. arasında dava olub. Bu vaxt sonuncu Karenin ayağına odlu silahdan atəş açıb.
“Shamshyan.com” bildirib ki, davada 3-4 nəfər iştirak edib. Hadisəni törədən Lüdviq M. qaçıb. Hazırda polis onun tapılması və davanın digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.(Report)