ABŞ bu həftə sonu Nigerdəki kiçik bazadan bütün qoşunlarını və hərbi texnikasını çıxaracaq.
"Ölkə.az" xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Avqustda daha 500 ABŞ əsgəri pilotsuz təyyarələr bazasını tərk edəcək.
ABŞ Hərbi Hava Qüvvələrinin general-mayoru Kennet Ekmanın nəşrə verdiyi məlumata görə, Nigerdə hakim siyasi qrupla razılaşmanın şərtləri bunlardır. Qoşunların çıxarılması üçün son tarix sentyabrın 15-dir.
Agentlik yazır ki, Nigerdəki Amerika bazaları Əl-Qaidə və İŞİD yaraqlılarına qarşı əməliyyatlar keçirmək üçün istifadə olunub.