Banqladeşin təxminən 2 milyon sakini ölkənin şimal-şərqindəki daşqınlardan zərər çəkib.
"Ölkə.az" xəbər verir ki, bu barədə ölkənin təbii fəlakətlər üzrə dövlət naziri Mohibbur Rəhman bildirib.
"Bu il güclü yağışın səbəb olduğu daşqınlardan 15 dairədə təxminən 2 milyon insan zərər çəkib", - o deyib.
Mohibbour, daşqınlar nəticəsində ölənlər haqqında təsdiqlənmiş məlumatların olmadığını və təbii fəlakətdən zərər çəkən insanların 36 223 sığınacağa yerləşdiyini bildirib.
Onun sözlərinə görə, hökumət ümumilikdə 8 700 ton düyü, 58 500 kisə quru ərzaq, habelə zərər çəkən ərazilərə maddi yardım ayırıb.
Banqladeşdə avqust və ya sentyabr aylarında yeni daşqın ehtimalı ilə əlaqədar hazırlıq işləri aparılır.