Böyük Kuril silsiləsinin Paramuşir adasındakı (Saxalin bölgəsi) Ebeko vulkanında kül püskürməsi qeydə alınıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Hündürlüyü 1 156 metr olan vulkanda iki kilometr hündürlükdə kül püskürməsi baş verib. Kül kütləsi vulkandan beş kilometr şimala doğru uzanıb. Ebeko vulkanı kül püskürüb.