"Ne xoş türküm deyənə. Türk olmaq çətindir. Çünki təkcə bir ölkəyə qarşı deyil, bütün dünyaya qarşı mübarizə aparmaq lazımdır".
Ölkə.Az xəbər verir ki, bunu Türkiyə millisinin oyunçusu Cenk Tosun AVRO-2024-ün 1/4 finalına vəsiqə qazana bilmədikdən sonra Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında deyib.
“Böyük həyəcan yaşadıq. Finalda oynamaq istəyirdik. Qarşımıza belə bir məqsəd qoymuşduq. Komandamızın da finalda oynamağa gücü var idi, amma təəssüf ki, Hollandiya oyununda uğursuz məğlubiyyətlə üzləşdik. Amma biz çox xoşbəxtik ki, bütün ölkəni sevindirdik. Ne xoş türküm deyənə. Türk olmaq çətindir. Çünki təkcə bir ölkəyə qarşı deyil, bütün dünyaya qarşı mübarizə aparmaq lazımdır. Amma biz hamını sevindirməkdən, gənclərə ümid verməkdən xoşbəxtik. Yorulduq, uzun bir mövsüm oldu”, - deyə o bildirib.
Mürtəza
Ölkə.Az